Azərbaycana İrandan üstündə zərərli maddə olan göyərti gətirilir? – RƏSMİ AÇIQLAMA - VİDEO

Son günlər sosial şəbəkələrdə yayılan bir video geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər veriri ki, videoda vətəndaşlardan biri əli ilə şüyüd dəstələrinə toxunaraq onları göstərir və iddia edir ki, bu şüyüdlər İrandan gətirilir və üzərində yapışqanlı dərman var. Vətəndaşın sözlərinə görə, həmin maddə insanların sağlamlığı üçün təhlükəlidir və məqsəd ölkəyə gətirilərək əhalini zəhərləməkdir.
Video izləyicilər arasında böyük maraq və narahatlıq yaradıb, bəziləri isə iddianın həqiqət olub-olmadığını sorğulayır. Bəs, bu iddialar nə qədər əsaslıdır və şüyüdlərin üzərindəki maddə həqiqətən zəhərli ola bilərmi?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) sorğumuza cavab olaraq bildirildi ki, qurum görüntülərlə bağlı məlumatlıdır:
“Bir daha bildiririk ki, istehlakçılar əmin ola bilərlər, yayılan video əsasında qeyd edilən məhsul nəzarətə götürülüb. Ölkəmizə idxal olunan məhsulların istehlakçıların həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli dövrdə zərərli olduğuna dair risk yaradacaq hallar aşkarlandıqda, bu qidalar müvəqqəti yoxlamalara cəlb edilir. Yalnız laborator analiz sınaqları nəticəsində qida məhsullarının təhlükəli hesab edilməsi barədə qərar qəbul olunur. Həmin qərara əsasən Agentlik tərəfindən qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Huseynoun sözlərinə görə, bir ölkənin məhsullarının ziyanlı olması kimi anlayış mövcud deyil:
“Ziyanlı və ya keyfiyyətsiz mal dedikdə, bu, konkret bir mal partiyasına aid ola bilər, amma bütövlükdə bir ölkənin istehsalına şamil edilə bilməz. Eyni şəkildə, “filan fabrikin malları pisdir” demək də doğru yanaşma deyil. Yalnız müəyyən partiyanın keyfiyyətsiz olması mümkündür. İrandan idxal olunan mallarla bağlı əsas problem onların markalanmasında müşahidə olunur. Bəzi məhsullar milli dildə markalanmadığından, alıcıların məhsul haqqında məlumat alma hüquqları pozulur”.
Eyyub Hüseynov deyib ki, Qida Təhlükəsizliyi Agentliyinin keçid məntəqələrində nümayəndələri fəaliyyət göstərir:
“Buna görə də Agentliyin dərmanlanmış və ya zərərli məhsulları ölkəyə buraxması inandırıcı deyil. Bununla belə, İrandan mal gətirən bir biznesmen bildirir ki, xüsusən Astara keçid-buraxılış məntəqəsində malların yoxlanması çox səthi aparılır. Onun sözlərinə görə, bu səbəbdən vaxtı keçmiş məhsulların ölkəyə gətirilməsi ilə bağlı söhbətlər gəzir və qurumlar bu məsələdə diqqətli olmalıdır”.
Fidan
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










