Azərbaycanlı tibb aliminin elmi araşdırması nüfuzlu jurnalda dərc olunub - FOTOLAR

Professor, tibb elmləri doktoru, Almaniyanın Reyn-Ziq bölgəsində klinika direktoru vəzifəsində çalışan Nuran Abdullayevin elmi araşdırması və məktubu “New England Journal of Medicine” (NEJM) jurnalında dərc edilib. Avtosfer.az xəbər verir ki, məqalədə Nuran Abdullayev piylənmənin müalicəsində istifadə olunan iki dərman – “Tirzepatid” (GIP-GLP-1 reseptor aqonisti - “Mounjaro”) və “Semaglutid” (GLP-1 reseptor aqonisti - “Wegovy”) arasındakı fərqləri elmi kontekstdə şərh edib. Professor vurğulayıb ki, bu tədqiqatlar əsasən çəki itkisinə və metabolik nəticələrə fokuslansa da, visseral orqan piylənməsi, əzələ kütləsindəki dəyişikliklər və sümük mineral sıxlığı (BMD) kimi mühüm komponentlər hələ də kifayət qədər öyrənilməyib. O, bu dərmanların metabolik sağlamlığa və skelet sistemi üzərinə təsirlərinin tam şəkildə qiymətləndirilməsi məqsədilə gələcək tədqiqatlar üçün MRT əsaslı bədən tərkibi ölçmələri və DXA+MRT kombinasiyası kimi müasir görüntüləmə metodlarının tətbiq olunmasını elmi əsasla təklif edib.
Qeyd edək ki, dünyanın ən nüfuzlu tibb jurnallarından olan “New England Journal of Medicine”də hər hansı məqalənin dərc olunması tibb aləmində böyük hadisə, müəllif üçün yüksək elmi uğur sayılır. 1812-ci ildən nəşr edilən bu jurnal klinik tibb sahəsində ən mötəbər elmi mənbə sayılır. ABŞ-da çap olunan NEJM dünyada bütün tibbi nəşrlər arasında ən yüksək təsir əmsalına (Impact Factor) malik jurnallardandır. Jurnala məqalə qəbulu üçün çox ciddi seçim prosesi həyata keçirilir. Belə ki, nəşrə təqdim edilən məqalələrin çox az qismi – cəmi 10 faizi, xüsusən də dərin elmi əsaslandırmaya malik və beynəlxalq əhəmiyyətli elmi məqalələr dərc olunur.
Böyük oxucu kütləsi olan jurnalda yayımlanan işlər dünyada həkimlər, alimlər, səhiyyə üzrə yüksəkvəzifəli siyasətçilər və beynəlxalq klinik protokol hazırlayan komissiyalar tərəfindən oxunur. Müalicə standartlarının dəyişdirilməsinə təsir edəcək səviyyəyə malik bu jurnalda hər hansı məqalənin yayımlanması həmin işin dünya miqyasında yüksək elmi və klinik dəyərini göstərir.



Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












