Bakıda tramvaylar 5 istiqamət üzrə hərəkət edəcəklər - ƏRAZİLƏR

"Tıxac probleminin aradan qaldırılması baxımından tramvay xətlərinin çəkilməsi ciddi və effektiv alternativlərdən biri hesab olunur. Lakin burada məsələ təkcə tramvay layihəsi ilə məhdudlaşmır".
Avtosfer.az-ın “Baku.ws” istinadən məlumatına görə, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, dövlətin nəqliyyat strategiyasında bu sahə üzrə bənd-bənd nəzərdə tutulmuş bir sıra kompleks layihələr mövcuddur:
"Məhz bu layihələrin tam şəkildə icrası Bakıda tıxaclara real və davamlı alternativ formalaşdıracaq. Tramvay xətlərinin bərpası və genişləndirilməsi də həmin tədbirlər paketinin mühüm tərkib hissəsidir. Tramvay xəttinin hansı istiqamətdə və nə üçün məhz həmin marşrut üzrə salınmasına gəlincə, bunun arxasında konkret və məntiqli əsaslandırma dayanır. Rəsmi açıqlamalara görə, tramvay üçün prioritet istiqamətlər elə ərazilər seçilib ki, həmin zonalarda dəmir yolu infrastrukturu mövcud deyil, metro xətləri yoxdur və ya mövcud avtobus marşrutları sərnişin axınını tam şəkildə daşımaq gücündə deyil. Avtobusların sayının artırılması da bu ərazilərdə problemi köklü şəkildə həll etmir".
Ekspert əlavə edib ki, ilkin mərhələdə Mehdiabad–Binəqədi–Azadlıq prospekti boyunca 28 May istiqamətində tramvay xəttinin çəkilməsi planlaşdırılır:
"Layihəyə əsasən, tramvay müəyyən hissəyədək iki xətli olacaq. Lakin Azadlıq prospektinin şəhər mərkəzinə doğru daralması nəzərə alınaraq, hərəkət sxemi dəyişdiriləcək: gediş bir istiqamət üzrə təşkil olunacaq, geri dönüş isə Füzuli küçəsi və Səməd Vurğun prospekti vasitəsilə həyata keçiriləcək.
Qeyd etmək lazımdır ki, bu layihələr təsadüfi qərarlara deyil, Bakıda tətbiq olunan "rəqəmsal əkiz" (digital twin) modeli əsasında hazırlanır. Bu alət vasitəsilə şəhərdə mövcud nəqliyyat axınları, ictimai nəqliyyat növlərinin yükü, hərəkət intensivliyi və ümumi vəziyyət kompleks şəkildə təhlil olunur. Toplanan məlumatlar əsasında hansı layihələrin nəqliyyat sisteminə necə təsir göstərəcəyi əvvəlcədən modelləşdirilir və yeni istiqamətlər müəyyənləşdirilir".
Rauf Ağamirzəyev sonda qeyd edib ki, ilkin mərhələdə beş əsas tramvay istiqaməti elan olunub:
"Onlardan biri 2030-cu ilədək Mehdiabad-şəhər mərkəzi marşrutu üzrə həyata keçiriləcək. Sonrakı mərhələlərdə isə Bayıl-28 May istiqaməti, 28 Maydan Ağ şəhəri keçməklə Nargilə ərazisi üzərindən Həzi Aslanov istiqaməti, eləcə də Pirşağıdan "Sea Breeze" və Mehdiabadı birləşdirən radial yolun çəkilməsi planlaşdırılır.
Bununla yanaşı, Yeni Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində də tramvay xəttinin salınması nəzərdə tutulur. Bütün bu xətlər vahid şəbəkə şəklində birləşdirilərək, Bakıda müasir, dayanıqlı və effektiv ictimai nəqliyyat sistemi formalaşdıracaq".
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











