Bu il istilik mövsümü uzadılacaq? - AÇIQLAMA

Aprelin ayının 15-də Bakıda və 9 dağ rayonunda istilik mövsümü başa çatır. Lakin havanın temperaturu hələ də aşağıdır.
Belə halda istilik mövsümü uzadıla bilər?
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, “Azəristiliktəchizat” ASC-nin PR meneceri Rüxsarə Babayeva bildirib ki, payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimləndiyini bildirib.
“Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb”, – qurum rəsmisi vurğulayıb.
R.Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2024-2025-ci illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq.
“Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub”, – deyə o əlavə edib.
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO












