"Çermet" körpüsündə çatlar yaranıb? - FOTOLAR

Bakıda "Çermet" körpüsü kimi tanınan yol ötürücüsünün sütunlarının birində çatların yarandığı və aqlay üzlük daşının töküldüyü iddia olunur. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaşlar müraciət ediblər.
Bəs görəsən, aidiyyəti qurum məsələdən məlumatlıdırmı?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, körpü konstruksiyasını saxlayan sütun üzlük daşların yapışdırılması məqsədilə əvvəlcədən vurulmuş beton təbəqəsinin içərisində yerləşir:
"Sütunun ümumi konstruktiv vəziyyəti qənaətbəxş hesab olunur, hər hansı deformasiya, çat və ya dağılma əlamətləri müşahidə olunmur. Üzlük daşların bərkidilməsi üçün istifadə edilən sement əsaslı yapışdırıcı zaman keçdikcə xarici mühitin təsiri (nəmişlik, temperatur fərqləri, günəş radiasiyası və s.) nəticəsində təbii eroziya prosesinə məruz qala bilər. Bunun nəticəsində yapışdırıcı təbəqədə qopma və ya səthdən ayrılma hallarının yaranması mümkündür. Bu hadisə materialın fiziki-kimyəvi xüsusiyyətlərindən irəli gələn normal proses hesab olunur və hazırda konstruksiyanın dayanıqlığına təsir göstərmir".




Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












