Əməliyyat-axtarış məlumatlarının açıqlanması əməkdaşların həyatına təhlükə yaradır - DİN-in idarə rəisi

Məhkəmə prosesində əməliyyat-axtarış subyektlərinin məlumatlarının açıqlanması əməkdaşların özlərinin və yaxınlarının həyatına təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.
Onun sözlərinə görə, son dövrdə cinayətkarlığın müasir xarakter alması dövlətlərin hüquq-mühafizə sistemi qarşısında yeni öhdəliklər qoyub:
"DİN, həm özünün, həm prokurorluğun, həm də digər qurumların icraatında olan işlərin axtarışını həyata keçirir. Daxili işlər orqanlarının cinayətkarlıqla mübarizəsində məhkəmələrin rolu ən effektiv nəticəni göstərir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsindəki məlumatlar dövlət sirri təşkil edir. Məhkəmə prosesində əməliyyat-axtarış subyektlərinin məlumatlarının açıqlanması əməkdaşların özlərinin və yaxınlarının həyatına təhlükə yaradır".
Ə.Rzayev həmçinin bildirib ki, dini ekstremizm fəaliyyəti, kriminal və ya radikal zəmində araşdırmalar aparılması üçün qanunvericilikdə çatışmazlıqlar var.
Çindən sonra daha bir ölkə elektron qapı tutacaqlarını məhdudlaşdırır – RƏSMİ
Azərbaycanda İLK: Sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ










