Mənzil bazarında bahalaşma var - VİDEO

Ötən ilin son aylarından Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
Əvvəlki illərlə müqayisədə ötən ilin sentyabr ayından bu günə qədər təxminən 10 faizə qədər qiymətlərdə bahalaşma müşahidə edilir.
Əmlak eksperti Nofəl Quliyev deyir ki, qiymətlərin artması paytaxdan mənzil almaq istəyənlərə ciddi maneə yaradıb.
Onun sözlərinə görə, şəhərin mərkəzində "birinci zona" adlandırılan ərazidəki yeni tikli binalarda son 3-4 ay ərzində mənzillərin bir kvadratmetri 1800-2500 manat arasında dəyişir. "İkinci zona", yəni şəhərin mərkəzindən bir az kənarda olan binalardakı mənzillərin bir kvadrat metri 1200-1500 manat, ətraf qəsəbələrdə isə 700-900 manata təkilif edilir.
Uzun illərdir, ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov da bildirir ki, mənzil bazarında qiymət artımı alıcılıq qabliyətinə təsir edib. Bazarda satılan mənzil çox olsa da, alıcı yoxdur.
Nofəl Quliyev hesab edir ki, bu tendensiya yaz aylarına qədər belə qalacaq. Yaya doğru isə qiymətlərdə cüzi enmə müşahidə ediləcək.
Mənzil bazarında qiymətlərin stabilləşməsinə dövlət büdcəsindən ayrılan vəsaitin artırılması da təsir edəcək. Ekspert sözlərinə görə, əhalinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədilə ipoteka layihələrini maliyyələşdirmək üçün bu ilin dövlət büdcəsindən 95 milyon manat və ya cari illə müqayisədə 34 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur.
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev











