Nuran Abdullayev Prezidenti təbrik etdi

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərinin Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, tibb elmləri doktoru, professor Nuran Abdullayev Prezident İlham Əliyevi təbrik edib.
Avtosfer.az bildirir ki, təbrikdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Zati-alinizə doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf duyuram.
Xaricdə yaşamağımıza baxmayaraq, Sizin milli dövlətçilik düşüncəmizin daha da dərinləşməsi və suverenliyimizin daha da möhkəmlənməsinə bəxş etdiyiniz inam, qürur və güclü Azərbaycan ideyası bizim Vətənlə sarsılmaz bağlarımızı daim gücləndirib və ona xidmət etməyə yeni stimul verib. Sizin qətiyyətli siyasi iradəniz və liderlik nümunəniz bizə milli birliyimizin, yüksək vətənpərvərlik ruhumuzun və dövlətimizin inkişaf perspektivlərinə inamla baxmaq gücü verib. Bu şərəfli və tarixi missiyanı həyata keçirərkən bizim – Vətənə bağlı insanların sevgisi, etimadı və dəstəyi hər zaman Sizinlədir.
Bu il Siz bizə ata vəsiyyəti, dəmir iradə və qətiyyət ilə gerçəkləşən tarixi Zəfərimizin 5 illiyini böyük qürur, sonsuz iftixar və kövrək sevinc hissi ilə yaşatdınız. Arzu edirəm ki, şərəfli liderlik yolunuzun bütün mərhələlərində xalqın sevgisi Sizin üçün hər zaman mənəvi dayaq olsun.
Müzəffər Sərkərdəmiz, Sizi həm öz adımdan, həm də daim qayğınızı əsirgəmədiyiniz ailəmiz adından bir daha təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, fədakar dövlətçilik fəaliyyətinizdə uğurlar arzulayıram”.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












