"Onsuz da indi camaatı çox şeyə görə cərimə edirlər" - Qulu Məhərrəmli mətbuatın cərimələnməsi təklifinə qarşı çıxdı

APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda çıxışı zamanı bildirib ki, Azərbaycan dilinin normalarını pozan mətbuat orqanları cərimə olunmalıdır.
Avtosfer.az xəbər verir ki, Redaktor.az bu haqda jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin fikirlərini öyrəndi:
"Əgər mən bilsəydim ki, media qurumu cərimələnəndən sonra o səhvlər təkrar olmayacaq, mən o fikri dəstəkləyərdim. Onsuz da indi camaatı çox şeyə görə cərimə edirlər: maşın saxladın cərimə, yolu düz keçmədin cərimə, işıq cərimə, qaz cərimə və s. Ona görə bu cərimələrin sayını artıranda, bu, çox da gözəl görünmür. Əlbəttə, mediada səhvlər olmasın. Səhvlərin olmamağı üçün də qəzet əməkdaşları, sayt əməkdaşları, xüsusən adminlər və redaktorlar Azərbaycan dilinin qaydalarını yaxşı bilməlidirlər. Qaydaları yaxşı biləndə, əlbəttə, səhvlərdən qaçmaq mümkün olur. Ona görə də indiki halda dil yanlışlıqlarına görə cərimələrin tətbiqi aktual deyil. Yəni bu, məsələdən çıxış yolu deyil. Ona görə də hörmətli Vüsalə xanımın fikrinə mən şərik deyiləm".
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI












