Rusiya benzin ixracına qadağa qoydu: Azərbaycanda yanacaq bahalaşacaq?

“Rusiya xaricə benzin ixracına qadağa qoysa da, Azərbaycan Rusiyadan asılı deyil. Ətrafımızda kifayət qədər ölkələr var. Məsələn, Türkmənistan, Qazaxıstan, Rumıniya, Bolqarıstan kimi çox ölkələrdən neft məhsulları idxal edirik. Hətta əvvəllər Belarusdan gələn Aİ-98 markalı benzinin bir hissəsi indi Litvadan gəlir. Azərbaycan bu sahəni şaxələndirib. Heç bir qorxusu yoxdur. Buna görə də Rusiyanın ixraca qadağa qoyması səbəbindən Azərbaycanda benzinin qiymətinin bahalaşacağına inanmıram”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Pravda.az”a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
İ.Şaban bildirib ki, son bir ildə neftin qiyməti xammal olaraq stabildir:
“Bazarda 70 dollar ətrafında qiymət var. Buna rəğmən, neft məhsullarının qiyməti qlobal, regional bazarda stabildir. Bahalaşma ilə bağlı hansısa narahatlığa əsas yoxdur. Bəli, Rusiyadan benzin almaq bizə sərf edirdi, çünki Krasnodarda - Şimali Qafqazdakı və Volqa boyu fəaliyyət göstərən neftayırma zavodlarından Aİ-98, Aİ-95, Aİ-92 markalı yanacaqları idxal edirdik. Ancaq biz eyni zamanda həm Xəzərin o tayından, həm də Avropadan bu logistikanı, ticarət zəncirini neçə illərdir, qurmuşuq. Çox yaxşı olardı, Heydər Əliyev adına Neft Emalı Zavodunu elə bir hala gətirib çıxara bilsinlər ki, yanacaq idxalını tamamilə dayandıraq”.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












