Ağacın arxasında qalan işıqfor sürücüləri 3 bal və 100 manat cəriməyə salır - VİDEO

Avtosfer TV 28 İyul 2026 13:00
Ağacın arxasında qalan işıqfor sürücüləri 3 bal və 100 manat cəriməyə salır   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bibiheybət yolunda yerləşən işıqfor sürücülər üçün görünməz haldadır. Bu barədə ərazidən keçən sürücülərdən biri sosial şəbəkədə paylaşdığı videoda bildirib. Kadrlardan görünür ki, işıqfor ağacın budaqları arasında qaldığından sürücülər üçün görünmə məsafəsi xeyli məhdudlaşıb.

İddiaya görə, bu səbəbdən bəzi sürücülər işıqforun qırmızı işığını vaxtında görmədikləri üçün inzibati məsuliyyətə cəlb olunurlar. Onların sözlərinə əsasən, bu qayda pozuntusuna görə 3 cərimə balı və 100 manat məbləğində cərimə tətbiq edilib.

Sürücülər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını xahiş edirlər.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt yollarında monitorinq aparıblar. Mərkəzdən Avtosfer.az-a bildirilib ki, monitorinqlər zamanı görüntüsü məhdudlaşdırılmış 48 yolayırıcında olan svetoforların siyahısı tərtib olunaraq ağacların budanması üçün aidiyyəti dövlət qurumuna göndərilib.

 

Nərmin

Oxunub : 716
ŞƏRH YAZ
Ad

E-mail

Şərh