Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə belə vuruldu - VİDEO - YENİLƏNİB

Hadisə 18 İyun 2026 17:23
Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə belə vuruldu - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzləri də zərər görüb.

Avtosfer.az xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı İctimai TV-ə müsahibəsi zamanı PUA hücumunda mağazalarının tamamilə yandığını deyib.

"Mən dəri məhsulları satıram, mallarım tamamilə yanıb. Hazırda hadisə ilə bağlı bizi içəri buraxmırlar. Vəziyyət çox gərgindir, Xeyli ziyan dəydi, düşündüyünüzdən də çox ziyan dəydi", - deyə o qeyd edib.

***14:11
Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarında yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.

Vurulmuş dronun “Sadovod” bazarının ərazisinə düşməsini Moskvanın meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.

Oxunub : 312
ŞƏRH YAZ
Ad

E-mail

Şərh