Hikmət Hacıyevlə Qriqoryan Dilicanda nə danışıb? – Paşinyan detalları açdı

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana AzərbaycanPrezidentinin köməkçisi Hikmət Hacıyevlə təmasda olmağı mən tapşırmışam”.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan Qriqoryanla Hacıyev arasında Dilicanda keçirilən görüş barədə jurnalistlərə danışarkən deyib.
“İkincisi, həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyəti gərginləşdirə biləcək müəyyən tendensiyalar gördük, buna görə də, biz də zəruri olduğu üçün vəziyyəti idarə etməklə məşğuluq”, – Baş nazir bildirib.
Paşinyan əlavə edib ki, onlar heç kimə heç bir izahat vermirlər: “Digər tərəfdən, dünyanın bütün ölkələri ilə əsas diplomatik iş məhz bununla bağlıdır: tərəflər öz mövqelərini və narahatlıqlarını aydınlaşdırırlar”.
Baş nazir görüşdə sərhəd və onlarla başqa məsələnin müzakirə olunduğunu da söyləyib:
“Əslində, dünən parlamentdə bu məsələ ətraflı müzakirə olunub və əlavə edəcək bir şey yoxdur. Vacib görüş idi və onun regiondan kənarda deyil, Ermənistanda baş tutması vacibdir. Bu o deməkdir ki, biz sülh prosesində irəliləyirik, bütün mümkün riskləri idarə edirik”.
O vurğulayıb ki, onlar daxili siyasi həyatı heç kimlə müzakirə etmirlər: “Amma digər tərəfdən, biz seçkilərin siyasi nəticələrini və seçkilərdən irəli gələn strategiyaları istisnasız olaraq bütün dünya, o cümlədən bütün beynəlxalq tərəfdaşlarla bölüşürük”.
Xatırladaq ki, Ermənistan hökumətinin başçısı dünən Dilican görüşü ilə bağlı bunları söyləmişdi:
“Ermənistanda “Qarabağ hərəkatı”nı davam etdirməməlidir. Ölkəmizin parlamentində həmin (ləğv edilmiş separatçı rejimin) bayrağının olması müharibə təhlükəsi deməkdir. Son görüş məhz həmin müharibə təhlükəsini idarə etmək məqsədi daşıyıb.
Çox maraqlıdır ki, mən əvvəllər belə sürətlə görüşlərin təşkil olunduğunu xatırlamıram. Çünki adətən “kim gələcək, hara gələcək, nə vaxt gələcək” kimi məsələlər uzun vaxt aparırdı. Amma bu onu göstərir ki, hər iki tərəfdə burada hansısa təxribat və ya sui-qəsd xarakterli planın mövcud olduğu hissi var idi və buna reaksiya vermək lazım gəlirdi”.
Paşinyan bu formatda görüşün ilk dəfə Ermənistanda keçirildiyini, növbəti görüşün Azərbaycanda baş tutacağını da açıqlamışdı: “Ermənistan və Azərbaycanın bununla sülh gündəliyinə sadiqliklərini bir daha təsdiqləməsi çox vacibdir”.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












