Narkotik yüklü daha bir katerin vurulduğu açıqlandı

Pentaqon rəhbəri Pit Heqset Karib dənizinin beynəlxalq sularında narkotik daşımaq üçün istifadə olunan katerin Amerika qüvvələri tərəfindən məhv edildiyini bildirib.
Avtosfer.az-ın məlumatına görə, Heqset bu barədə "X" sosial şəbəkəsində bildirib.
Məlumata görə, katerdə üç nəfər olub, onlar narkotik daşıyıblar. Zərbə nəticəsində hər üçü həlak olub.
"Daha əvvəl də qeyd etdiyimiz kimi, narkotik terrorçularının gəmilərinə hücumlar amerikalıları zəhərləməyi dayandırana qədər davam edəcək. Ölkəmizi təhdid edən bütün narko-terrorçulara: Əgər sağ qalmaq istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əgər təhlükəli narkotik alverinə davam etsəniz, sizi öldürəcəyik", - Pentaqon rəhbəri əlavə edib.
"CNN"in məlumatına görə, ABŞ ordusu son aylarda narkotik ticarəti ilə mübarizədə ən azı 18 kiçik gəmini məhv edib, nəticədə 70 nəfər ölüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












