Banner

Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ana ÖLDÜ

Hadisə 27 Oktyabr 2026 14:36
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ana ÖLDÜ
WhatsApp kanalımıza abunə olun

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Avtosfer.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

1998-ci il təvəllüdlü Pərvin İsmayılov anasını, atası-1966-cı il təvəllüdlü Ağabala İsmayılovu və qardaşının həyat yoldaşı 1988-ci il təvəllüdlü Təranə İsmayılovanı bıçaqlayıb.

Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh