Servisdə 15 min dollar istədilər, başqa usta 1 dollara həll etdi

Belə bir xidmət ziddiyyəti Britaniyada baş verib.
Avtosfer.az xəbər verir ki, Londonda yaşayan “Bugatti Veyron” sahibi yan güzgülər yaxşı işləmədiyi üçün servisə müraciət edib. Servisdə ona bildirilib ki, qapı tam sökülərək mikrosxem və kiçik mühərrik dəyişməlidir. Bunun üçün avtomobil 1 gün servisdə qalmalı və 11,4 min funt (təxminən 15 000 dollar) ödənilməlidir.
Avtomobil sahibi bundan sonra yaxın dostunun işlədiyi adi servisə üz tutub. Keçmiş Formula-1 mexaniki olan dost isə müəyyən edib ki, çox kiçik və ucuz bir detal sıradan çıxdığı üçün güzgüdə nasazlıq yaranıb. Sözügedən detal “Volkswagen”in yük modellərində tətbiq edilir və 5 ədədlik qutuda satılır. 1 qutunun dəyəri isə təxminən 1 dollardır.
Servisdə nasaz detal yarım saata pulsuz dəyişdirilib. Avtomobil sahibi bildirir ki, bu maşının illik istismarı ona ildə 135 min dollara başa gəlir.
Məsələn, “Veyron”un alışdırma şamları və induksiya sarğacının dəyişdirilməsi 50 saat iş tələb edir. Bir şamın qiyməti 170 dollardır. Halbuki, eyni parametrə malik “Volkswagen” şamı 18 dollardır.
Eyni hala Azərbaycanda da rast gəlmək mümkündür. 10-15 il əvvəl fərasətli “Opel” ustaları “Moskviç” detallarından gen-bol istifadə edirdilər. Yaxud, “Mercedes”in akkumulyatorlunun mənfi qutbünün klemi təxminən 20 manatdır. Halbuki, eyni parametrlərə malik “Jiquli” klemi 5 manatdan ucuzdur və iş keyfiyyətinə görə bahalıdan geri qalmır.
Vüqar
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












