Türk ordusunda ROBOT İTLƏR! - 600 metr məsafədən dəqiq ATIŞ EDİRLƏR

Türkiyədə yeni nəsil hərbi texnologiyanın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.
Avtosfer.az kainat.tv-yə istinadən xəbər verir ki, ölkədə silahlandırılmış robot itlərin hazırlanması üzərində işlər aparılır.
Bu robotlar 600 metr məsafədən dəqiq atışlar etmə qabiliyyətinə malikdir və 7,62 mm və 5,56 mm kalibrli silahlarla təchiz olunub.
Yeni texnologiyanın əsas məqsədi döyüş sahələrində hərbi əməliyyatların effektivliyini artırmaq və insan itkilərini minimuma endirməkdir. Robot itlərin üzərindəki avadanlıqlar uzaqdan idarə olunma və müasir atış sistemlərini özündə birləşdirir ki, bu da onlara həm manevr qabiliyyətini, həm də hərbi əməliyyatlarda çevik istifadəsini təmin edir.
Bu cür texnologiyaların inkişafı Türkiyənin müdafiə sənayesində mühüm yeniliklərdən biri kimi qiymətləndirilir. Mütəxəssislər silahlandırılmış robot itlərin döyüş əməliyyatlarında yeni bir dövr açacağını və müasir hərbi strategiyalara ciddi töhfə verəcəyini düşünürlər. //Musavat.com
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












