Bakıda bu əraziyə istinad divarı çəkiləcək - VİDEO

Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb.
Avtosfer.az-ın məlumatına görə, həmin ünvanda yaşayan sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdən başqa heç bir təhlükəsizlik tədbiri görülməyib.
Vətəndaşların sözlərinə görə, yaşadıqları binanın qarşısında sürüşmədən sonra təhlükəli vəziyyət hökm sürür. Onlar iddia ediblər ki, aidiyyəti qurum bir neçə dəfə əraziyə baxış keçirsə də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılır, nə də istinad divarı hörülür.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib ki, həmin əraziyə baxış keçirilib və lentlənib: “Cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikilməsinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub”.
O da qeyd olunub ki, yaxınlıqda yaşayan vətəndaşlar torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamalı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməlidirlər.
Daha ətraflı süjetdə:
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












