Cahangir Əsgərovun qızı xaricdə 7 milyonluq əmlak aldı

AZAL-ın keçmiş rəhbəri Cahangir Əsgərovun və ailə üzvlərinin adları tez-tez bahalı əmlaklarla, milyonluq bank əməliyyatları ilə hallanır. Bu dəfə isə onun qızı Məlahət (Mila) Əsgərova gündəmə gəlib. Bildirilir ki, Mila xaricdə 7,5 milyon dollarlıq əmlak alıb.
Avtosfer.az xəbər verir ki, bu haqda jurnalist Cavanşir Həsənli bildirib.
Jurnalistin sözlərinə görə, Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Çelsidə Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb:
“Söhbət Manhettenin Çelsi rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir. Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu “MRCRI Prop LLC” adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Uollanın sahibi olduğu “Marlborough Gallery” ilə əlaqəli “Marlborough Real Estate LLC” olub.
Ümumi sahə 434,6 kvadrat metrdir.
Əmlak biznes istifadəsi, böyük ehtimalla, “Gazelli Art House” üçün alınıb.
Duqlas Uolla Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur”./nocomment.az
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












