"Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İsmayıllı rayon sakininə hökm oxunub.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, əvvəllər də dələduzluq əməlinə görə məhkum edilmiş 1993-cü il təvəllüdlü Coşqun Rzayev (soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məlum olub ki, 2022-ci ildə dələduzluğa görə tutulmuş şəxs cəzasının bir hissəsini çəkdikdən sonra azadlığa çıxıb. Lakin o, oxşar əməllərinə davam edib.
Belə ki, paytaxtda tanış olduğu Nazilə adlı qadının həbsdə olan oğlunu azadlığa buraxdıracağını yalandan vəd edərək 45 min manata yaxın pul alıb. Coşqun həmin qadının Rusiya-Ukrayna müharibəsində iştirak edən qardaşını Azərbaycana gətirəcəyinə də inandıraraq 7 min manat əlavə pul alıb.
Qadın dələduzluqla üzləşdiyini görəndən sonra polisə müraciət edib və Coşqun saxlanılıb.
Zərərçəkmiş şəxs bildirib ki, onu Coşqunla Taleh adlı hərbçi tanış edib:
"Mənə dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək. Metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında onunla görüşəndə ofisə daxil oldu, hamı onunla görüşürdü, mən də inandım ki, mötəbər adamdır".
Coşqun Rzayev ifadəsində dələduzluq əməli törətdiyini etiraf edib. O aldığı pulları geri qaytarmayıb, lakin gələcəkdə qaytara biləcəyini deyib.
Məhkəmənin hökmü ilə 33 yaşlı şəxsə 7 il həbs cəzası verilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












