"Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır" - Nazir müavini

Əlaqələrin və münasibətlərin daha da möhkəmlənməsinin şahidi olacağıq. Əlbəttə, çox gözəl anlayırıq ki, biz sahələrarası əməkdaşlıqdan, rəqəmsal sistemlərdən və nəqliyyat sistemlərindən danışırıq, ümumi mühitdə baş verən hadisələrin vahid mərkəzdən əlaqələndirilməsinin vacibliyini vurğulayırıq.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı deyib.
Etimad quruculuğu tədbirlərinin vacibliyindən danışan nazir müavini əlavə edib: “Bu tədbirlər bilavasitə nəqliyyat dəhlizləri boyunca da öz əksini tapmalı və bərqərar olmalıdır. Çünki bu baxımdan iqtisadi inteqrasiyanı daha da dərinləşdirəcəyik. Ölkələrimiz arasında olan münasibətləri daha yüksək səviyyəyə qaldırmaq imkanı əldə edəcəyik. Bu isə bizim üçün vacib məsələdir. Çünki irəli sürdüyümüz çoxşaxəli təşəbbüslər var və onların gerçəkləşməsi olduqca vacibdir”.
Saməddin Əsədov qeyd edib ki, vacib məsələlərdən biri məlumatların qorunması, əməliyyatlar sahəsində kibertəhlükəsizliklə bağlı təcrübə mübadiləsinin aparılmasıdır. Nəqliyyat dəhlizlərinə gəldikdə isə, bu sahədə əməkdaşlığın təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












