Gürcüstanın Azərbaycandan yanacaq idxalı artmaqda davam edir

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 181,8 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
Report-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 28 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə mayda isə Gürcüstan Azərbaycandan 28,3 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı alıb ki, bu da bir il əvvəlki göstəricilərdən 53 % çoxdur.
Bu ilin ilk 5 ayı ərzində Gürcüstan xarici ölkələrdən 1 milyard 130 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 45 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 562 milyon ABŞ dolları, Türkiyədən 100 milyon ABŞ dolları, Rumıniyadan 61,5 milyon ABŞ dolları, Bolqarıstandan 44 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












