Hansı daha təhlükəsizdir - Yeni, yoxsa köhnə bina?

Mənzil seçimi zamanı ən çox müzakirə olunan mövzulardan biri yeni və köhnə binaların keyfiyyət fərqləridir. Vətəndaşlar üçün əsas sual binanın yaşı deyil, onun təhlükəsizlik və tikinti standartlarına uyğunluğudur. Bu məsələdə düzgün qiymətləndirmə aparmaq üçün bir sıra mühüm amillərə diqqət yetirilməlidir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Vüqar Oruc Demokrat.az-a bildirib ki, binanın köhnə və ya yeni olmasından asılı olmayaraq, onun keyfiyyətini müəyyən edən əsas amil tikinti normativlərinə uyğun inşa olunmasıdır:
"Eyni zamanda bu normativlər tələb edir ki, tikinti aparılan ərazilərdə ilk növbədə geoloji araşdırmalar aparılsın, su süxurlarının olub-olmaması, sürüşmə ehtimalı və digər risklər müəyyənləşdirilsin. Daha sonra torpaq sahəsi tikintiyə tam uyğun hesab edildikdən sonra həmin ərazidə normativlərə uyğun şəkildə bünövrə qazılmalıdır.
Bundan əlavə, tikinti layihəsi də müvafiq normativlərə uyğun hazırlanmalıdır. Divarların daşıyıcı qabiliyyəti, arakəsmələr və digər mühəndis-kommunikasiya həlləri layihədə tam şəkildə öz əksini tapmalıdır.
Prosesin özü isə tikinti təhlükəsizliyinə nəzarət edən, Fövqəladə Hallar Nazirliyinin tabeliyində fəaliyyət göstərən müvafiq xidmət tərəfindən nəzarətdə saxlanılmalı, bütün tikinti qaydalarına əməl olunmalıdır".
O deyib ki, tikinti materiallarının keyfiyyəti də mühüm şərtlərdəndir:
"Milli standartlara uyğunluq təmin edilməli, ucuz və keyfiyyətsiz materiallardan istifadə olunmamalı, materiallar müvafiq qaydada yoxlanılmalıdır.
Köhnə binalara gəlincə, onların əksəriyyətinin istismar müddəti artıq başa çatıb. Burada əsas problem materialların keyfiyyəti və tikinti normativləri deyil, məhz istismar müddətinin bitməsidir. Bu səbəbdən həmin binalarda yaşamaq təhlükəli hesab olunur. Yeni binalar, xüsusilə 2005–2015-ci illər arasında tikilənlər, nisbətən daha keyfiyyətli hesab edilir. Lakin sonrakı dövrlərdə material və əməkhaqqı xərclərinin artması səbəbilə bəzi tikinti şirkətləri qənaət məqsədilə keyfiyyətdən güzəştə getmiş ola bilər. Buna görə də yeni tikililərin keyfiyyət göstəricilərinin ictimai nümayəndələrin və aidiyyəti qurumların iştirakı ilə yoxlanılması məqsədəuyğundur.
Çünki bütün yeni binalar avtomatik olaraq keyfiyyətli sayılmamalıdır. Seçim zamanı tikinti şirkətinin reputasiyası, binanın istismar dövründə sakinlərin rəyi, sənədlərə uyğun tikilib-tikilməməsi, normativlərə əməl olunması və istifadə olunan materialların keyfiyyəti əsas meyarlar olmalıdır. Bu amillər dəyərləndirildikdən sonra binanın keyfiyyətinə dair düzgün nəticə çıxarmaq mümkündür.
Ümumilikdə isə, yeni və köhnə bina seçimi zamanı vətəndaş nəzərə almalıdır ki, yeni tikilinin keyfiyyəti normativlərə uyğundursa və ciddi çatışmazlıqlar yoxdursa, yalnız köhnə binalara üstünlük vermək düzgün deyil. Çünki köhnə binaların əksəriyyətinin istismar müddəti başa çatıb və bu, fövqəladə hallar zamanı ciddi təhlükə yarada bilər",- deyə ekspert bildirib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












