Kim Kardaşyan Bakıya gəlir?

Məşhur amerikalı teleulduz, 46 yaşlı Kim Kardaşyan Bakıya səfər edə bilər.
Avtosfer.az Modern.az istinadən xəbər verir ki, onun mümkün səfəri sentyabrın 24-26-da Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı ola bilər. Yarışın əsas ulduzlarından biri Kardaşyanın sevgilisi, yeddiqat dünya çempionu Luis Hemilton olacaq.
Kardaşyanın bu il Formula 1 yarışlarına marağı xüsusilə diqqət çəkib. O, iyun ayında Monako Qran-prisinə məhz Hemiltona dəstək olmaq üçün gedib. Kardaşyan bacısı Xloye ilə birlikdə görüntülənib və Ferrari qarajında Hemiltonu dəstəkləyib. Həmin yarışda Hemilton ikinci yeri tutub. Yarışdan sonra britaniyalı pilot Kardaşyanın dəstəyinin onun üçün “möhtəşəm” olduğunu bildirib.
Kardaşyanla Hemiltonun münasibətləri də son aylarda daha ciddi xarakter alıb. Cütlük əvvəlcə birlikdə görüntülənmələri ilə gündəmə gəlsə də, iyun ayında münasibətlərini sosial mediada açıq şəkildə nümayiş etdirib. Daha sonra birlikdə tətilə çıxmaları və romantik fotolar paylaşmaları onların münasibətlərinin davam etdiyini göstərib.
Hemiltonun Azərbaycan Qran-prisində iştirakı dəqiqdir. Kardaşyanın isə sevgilisinə dəstək üçün Bakıya gəlib-gəlməyəcəyi hələlik məlum deyil. Hazırda bununla bağlı nə Kardaşyandan, nə də onun komandası tərəfindən rəsmi açıqlama verilib.
Xatırladaq ki, Kim Kardaşyan ermənipərəst mövqeyi ilə tanınır.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












