Nazir şəhidin qardaşına rütbə və vəzifə verdi - FOTO

Xəbərlər 11 Sentyabr 2026 20:13
Nazir şəhidin qardaşına rütbə və vəzifə verdi  - FOTO
WhatsApp kanalımıza abunə olun

Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Cəlilabad rayonundan olan şəhid Röyal Nəsirovun qardaşı Maqsud Nəsirov yeni vəzifəyə təyin edilib.

Avtosfer.az nocomment.az-a istinadla xəbər verir ki,Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Maqsud Nəsirova “leytenant” rütbəsi verilib.

O, eyni zamanda Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən hissəsində Növbə rəisinin köməkçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Maqsud Nəsirov bundan əvvəl Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən kimi fəaliyyət göstərirdi.

Oxunub : 148
ŞƏRH YAZ
Ad

E-mail

Şərh