NİİM yollarda hərəkəti necə tənzimləyir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri narahat edən bəzi suallara aydınlıq gətirib.
Avtosfer.az xəbər verir ki, yollarda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yaranan və yarana biləcək problemlərə dərhal müdaxilə edilir, sürücülərə vəziyyətlə bağlı əvvəlcədən məlumatlar verilir. Bütün bu işlər isə Nəqliyyatı İntellektual İdarəetmə Sistemi sayəsində mümkün olur.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən 24 saat rejimində paytaxtda avtomobillərin daha çox istifadə etdiyi Heydər Əliyev prospekti, Aeroport, Zığ və Mərdəkan şoselərində, Buzovna-Zağulba yolunda olan sürət-məlumat portallarına günün istənilən saatında müxtəlif məlumatlar ötürülür. Bəs yollardakı vəziyyətlə bağlı bu məlumatların əldə edilməsi və ötürülməsi işləri necə həyata keçirilir?
Mərkəzin istifadəsində olan bir neçə portal, tablo və video-müşahidə kamerası mövcuddur. Yol-nəqliyyat hadisəsi baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda, sıxlıq və tıxac yarandıqda, sürət həddi endirildikdə və təmir işləri aparıldıqda, əvvəlcə video-müşahidə kameraları vasitəsilə vizual məlumatlar əldə edilir. Yol polisi ilə məlumat mübadiləsi aparıldıqdan sonra əməkdaşlar tərəfindən müvafik olaraq portallarda “qəza”, “tıxac”, “təmir işləri” və “digər təhlükə” işarələri qeyd olunur. Daha sonra isə sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yollarda zolaqlar üzrə sürət həddinin endirilməsi və məhdudlaşdırılması ilə bağlı portallarda məlumatlar əks olunur.
Ən maraqlı məqam isə, yağışlı, küləkli və qarlı havalarda bəzi yollarda sürət həddinin endirilməsi ilə bağlıdır. Belə ki, yolda olan 3 meteoroloji stansiyalardan alınan məlumatlar (küləyin sürəti, havanın və asfalt örtüyünün temperaturu) əsasında bəzi şose və prospektlərdə sürət həddi 20-40 km/saat endirilməklə yanaşı, portallarda “sürüşkən yol” və sürət həddinin endirilməsi ilə bağlı məlumat verilir. Beləliklə sürücülər yollardakı vəziyyət haqqında öncədən məlumatlı olurlar və buna uyğun hərəkət edirlər. Qeyd edək ki, sürət-məlumat tablolarının yenilənməsi istiqamətində işlərin görülməsi də nəzərdə tutulub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












