PKK Türkiyədən tamamilə ÇIXDI

Kürdüstan Fəhlə Partiyası (PKK) bütün silahlı birləşmələrinin Türkiyə ərazisindən çıxarılması prosesinin yekunlaşdığını bəyan edib.
Avtosfer.az bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir.
Məlumata görə, PKK nəinki Türkiyə daxilindəki, eləcə də sərhədə yaxın ərazilərdə yerləşən bütün silahlı qüvvələrini geri çəkib.
Ankara tərəfindən qadağan olunmuş təşkilat kimi tanınan PKK 2025-ci ilin oktyabrında öz qüvvələrini Türkiyədən çıxarmaq qərarını açıqlamışdı. Bu proses mərhələli şəkildə icra edilib. 2025-ci ilin oktyabrında PKK toqquşma ehtimalı yüksək olan Türkiyə bölgələrindən qruplaşmalarını, bir neçə gün öncə isə geridə qalan qüvvələrini çıxarıb.
Qeyd edək ki, 2025-ci il fevralın 27-də Türkiyədə ömürlük həbs cəzası çəkən PKK-nın yaradıcısı Abdullah Öcalan öz tərəfdarlarını silahı yerə qoymağa və silahlı mübarizəni dayandırmağa çağırmışdı. Həmin ilin may ayında isə PKK özünü buraxdığını və Ankara ilə silahlı qarşıdurmaya son qoyduğunu elan etmişdi. Ankaranın terror təşkilatı olaraq qəbul etdiyi Kürdüstan Fəhlə Partiyası 1984-cü ildən etibarən Türkiyə hakimiyyətinə qarşı silahlı mübarizə aparırdı.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












