Ramiz Mehdiyevin kürəkəni və sabiq başçının şərikli obyektləri SATIŞA ÇIXARILDI

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra onun özünə və yaxın ətrafına aid bir sıra əmlaklara həbs qoyulub.
Avtosfer.az Gununsesi.info-ya istinadən xəbər verir ki, istintaq orqanının diqqətindən kənarda qaldığı bildirilən, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevə məxsus bir sıra digər əmlaklar da mövcuddur.
Belə ki, saytın əldə etdiyi məlumata görə, Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevlə (2025-ci ildə vəfat edib - red.), indiki halda onun hüquqi varisləri ilə İlham Əlisəftər oğlu Əliyevin şərik olduğu bildirilən bir sıra obyektlər satışa çıxarılıb:
"Diqqətçəkən məqam ondan ibarətdir ki, sosial şəbəkələrdə yayılan əmlak elanlarında Xaçmaz rayonunda yerləşən müxtəlif qeyri-yaşayış obyektləri və torpaq sahələri satış üçün təklif olunur.
Xaçmaz rayonunda yerləşən bir neçə əmlakın satıldığı bildirilir.
Elana əsasən, təklif olunan əmlaklar arasında aşağıdakılar var:
- Xaçmaz şəhərinin mərkəzində: Xalça Muzeyinin yaxınlığında, İcra Hakimiyyətinin qarşısında yerləşən, 300 kvadratmetr sahəsi olan qeyri-yaşayış obyekti;
- Mirzəoba kəndində: 10 hektar torpaq sahəsi. (Elan müəllifi ərazinin setka hasara alındığını, suvarma üçün artezian sisteminin və transformatorun olduğunu, çıxarışının mövcudluğunu qeyd edib);
- Həsəngala kəndində: Üç gölün, ümumilikdə 5 hektar və əlavə 2 hektar torpaq sahəsi - elana əsasən, əmlakların çıxarışı var;
- Yalama ərazisində: Dörd yolun yaxınlığında, magistral yolun kənarında yerləşən 85 sot torpaq sahəsi - elan müəllifi bu əmlakın da çıxarışının olduğunu bildirir.
Əmlakların mümkün müsadirə və ya həbs riskini nəzərə alaraq satışa çıxarıldığı ehtimalı da istisna edilmir".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












