To Lam və Məsrur Bərzani İlham Əliyevi təbrik etdilər

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Vyetnam dövləti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycanın yaxın dostu olan Vyetnam Sizin rəhbərliyinizlə ölkənin inkişafı, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi ilə bağlı əldə etdiyi uğurları diqqətlə izləyir və bu nailiyyətlərə sevinir.
Məmnunluqla qeyd edirəm ki, ötən dövr ərzində ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, strateji tərəfdaşlıq durmadan möhkəmlənir və inkişaf edir. Qəti əminəm ki, Vyetnam ilə Azərbaycan arasında bu təmələ əsaslanan münasibətlər gələcəkdə də inkişaf edəcək, iki ölkənin tərəqqisinə, xalqlarımızın rifahına, bütün dünyada sülhə və inkişafa töhfə verəcək.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti vəzifənizdə böyük uğurlar, Azərbaycan Respublikasına davamlı tərəqqi, xalqınıza firavanlıq arzulayıram. Yaxın vaxtlarda Sizin Vyetnama səfər edəcəyinizi gözləyirəm".
Bundan başqa, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.
İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












