Hamının avtomobillə bağlı dilinə düşən "AT GÜCÜ" NƏDİR? - AÇIQLAMA

Müasir avtomobillərdə çox rast gəlinən anlayışlardan biri də at gücü və fırlanma anıdır.
Avtosfer.az xəbər verir ki, məhz bu iki göstərici avtomobilin performansını müəyyən edir və xüsusilə yeni minik maşını alanlar üçün vacib meyar hesab olunur. Ancaq bir-birini tamamlayan bu anlayışlar tez-tez qarışdırılır.
Bəs at gücü nədir?
At gücü mühərrikin hasil etdiyi ümumi gücü ifadə edir. Bu anlayışı ilk dəfə məşhur mühəndis Ceyms Uatt işlədib. O, bir atın 45 kiloqramlıq yükü 1,11 metr məsafəyə 1 saniyəyə daşıya bildiyini müəyyən edərək, bu güc ölçüsünü formalaşdırıb. Daha sonra avtomobil mühəndisləri at gücünü 75 kiloqram yükü 1 saniyədə 1 metr irəli apara biləcək enerji kimi təsnif etdilər.
Avtomobillərdə at gücü mühərrikin maksimum gücünü göstərir. Məsələn, bir avtomobilin mühərriki 100 kilovatt gücündədirsə, bu, təxminən 134 at gücünə (HP) bərabərdir. Şəhər istifadəsi üçün optimal mühərrik gücünün ən az 90 at gücü olduğu hesab edilir.
Fırlanma anı (tork) nədir?
Fırlanma anı mühərrikin dirsəkli valında yaranan fırlanma qüvvəsidir və nyuton-metr (Nm) ilə ölçülür. Mühərrikin təkərlərə ötürdüyü itələyici güc fırlanma momentidir. Daha yüksək fırlanma anı avtomobilin daha güclü dartma qabiliyyətinə malik olması deməkdir. Bu göstərici avtomobilin daşıma gücünü, sürətlənməsini və yoxuşlarda davranışını müəyyən edir.
Xüsusilə aşağı sürətlərdə yüksək fırlanma momentinə sahib avtomobillər daha yaxşı dartma gücünə malik olur. Məsələn, elektrik mühərrikli avtomobillər daxiliyanma mühərriklərindən daha yüksək torka malikdir, bu da onların ani sürətlənmə qabiliyyətini artırır.
At gücü və fırlanma anı arasındakı fərq nədir?

Bu iki anlayış sıx əlaqəli olsa da, fərqli funksiyalara malikdir. At gücü daha çox avtomobilin sürəti ilə bağlıdır və maksimum sürətə çatma qabiliyyətini göstərir. Fırlanma anı isə avtomobilin dartma gücünü və yükdaşıma qabiliyyətini müəyyən edir.
Yüksək at gücünə malik avtomobillər daha yüksək sürətə çata bilər, lakin bu onların güclü dartma qabiliyyətinə malik olması demək deyil. Məsələn, yarış avtomobilləri yüksək at gücünə sahibdir, çünki sürət əsas faktordur. Digər tərəfdən, yük maşınlarında yüksək fırlanma momenti tələb olunur, çünki onlar ağır yükləri daşımalıdırlar.
Hansı daha vacibdir?
Sürücünün ehtiyacına görə bu göstəricilərdən biri daha vacib ola bilər. Yüksək sürət və dinamika istəyənlər üçün at gücü, daşıma qabiliyyəti və çətin yol şəraitində güclü performans axtaranlar üçün isə fırlanma momenti daha önəmlidir.
Beləliklə, avtomobil seçərkən həm at gücünü, həm də fırlanma anını nəzərə almaq vacibdir. Çünki güclü mühərrik avtomobilin mütləq yüksək dartma gücünə sahib olması demək deyil. Performans baxımından balanslı seçim üçün hər iki göstəricinin nəzərə alınması tövsiyə edilir.
Eltac Zülfüqaroğlu
İşıqforlarda saniyəölçənin yığışdırılması təklif edilir; nəyə təsir edəcək? - ARAŞDIRMA
Ərazisi bəzi Avropa paytaxtlarından böyük olan Bakıda niyə tıxac var? – Rauf Ağamirzəyev - FOTO
Bakıdakı dairələr yollarda hərəkətə təhlükə yaradır? – Mütəxəssis RƏYİ - VİDEO
Sürücülərə XƏBƏRDARLIQ - Maşınınızdakı gizli təhlükəyə diqqət!
Hər bir sürücü həm də piyadadır, yollarda onlar daha diqqətli olmalıdır - EKSPERT - VİDEO
“Zebra”lar piyadalar üçün təhlükəsizliyi tam təmin edirmi? – Ekspertdən AÇIQLAMA
Hansısa manevrlə bağlı qadağanedici nişan yoxdursa, deməli, icazə var – MÜTƏXƏSSİS - VİDEO
Nömrə nişanlarının rəng və hərflərinə görə necə fərqləndiyini bilirdiz? - ARAŞDIRMA
Şəhər mühitində obyektlərə əlçatanlıq mövzusu GÜNDƏM OLDU - FOTO
Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir - EKSPERT
Sürücünün alışdığı yanlış vərdişlər siqaret kimidir, tərgitmək çətindir – MÜTƏXƏSSİS - VİDEO










