Hərbçilərin xidmət yerini özbaşına tərk etməsi nə ilə nəticələnir? – EKSPERTDƏN AÇIQLAMA

Son dövrlərdə hərbi xidmətlə bağlı intizam pozuntularına dair yayılan xəbərlər bir daha göstərir ki, hərbi nizam-intizam sadəcə qayda deyil, dövlət təhlükəsizliyinin əsas dayaqlarındandır.
Avtosfer.az xəbər verir ki, xidmət yerini özbaşına tərk edən hərbi qulluqçuların sayı az da olsa, bu hallar həm hüquqi, həm də mənəvi baxımdan ciddi nəticələr doğura bilər. Bəs bir hərbçinin xidməti icazə olmadan tərk etməsi nə ilə nəticələnə bilər? Bu təkcə daxili intizamı pozmaqdır, yoxsa cinayət məsuliyyəti daşıyan ağır bir əməl?
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov saytımıza açıqlamasında bildirib ki, heç bir halda hərbi qulluqçu xidmət yerini özbaşına tərk edə bilməz:

"İstər qısa, istərsə də uzunmüddətli xidmət keçən hərbi qulluqçu yalnız yuxarı komandanlığın rəsmi icazəsi ilə xidmət yerini tərk edə bilər. Bu icazə, adətən, qulluqçunun səhhəti ilə bağlı, yaxud xüsusi və xidmətdən kənar səbəblərlə əlaqədar verilir.
Əsgərlər hər gün səhər və axşam sıra baxışından və həkim müayinəsindən keçirlər. Əgər hərbi qulluqçunun səhhətində problem aşkarlanarsa, bu barədə birbaşa komandirə müraciət edə bilər. Həkim tərəfindən xəstəlik təsdiqlənərsə, o zaman həmin əsgərə müvəqqəti olaraq xidmət vəzifələrindən azad olunmaq imkanı tanınır".
Ekspert vurğulayıb ki, hərbi qulluqçu icazəsiz olaraq xidmət yerini tərk edərsə, bu zaman məsuliyyətə cəlb olunur.
"Qanunvericiliyə əsasən, hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə ziddir. Bu hal cinayət tərkibli hərəkət kimi qiymətləndirilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən, həmin şəxsin barəsində hüquqi tədbirlər görülə bilər. Cinayət Məcəlləsinin 333-cü maddəsinə əsasən, hərbi qulluqçunun xidmət yerini və ya hərbi hissəni özbaşına tərk etməsi, habelə həmin yerdə müəyyən olunmuş vaxtdan artıq qalmaqla icazəsiz yoxa çıxması intizam pozuntusu deyil, cinayət tərkibli əməl sayılır. Bu zaman hərbi qulluqçuya nisbətən azadlıqdan məhrumetmə, hərbi rütbədən məhrumetmə və ya digər cəza tədbirləri tətbiq oluna bilər".

Qeyd edək ki, hərbi xidmətin dayanıqlı və nizama uyğun şəkildə aparılması üçün hər bir əsgər və zabit öz hüquq və vəzifələrini bilməli, həmçinin nizamnamənin tələblərinə ciddi şəkildə əməl etməlidir. Komandanlıqla qarşılıqlı hörmət və intizam çərçivəsində qurulan münasibətlər hərbi hissənin döyüş qabiliyyətinin və daxili nizam-intizamının əsas sütunlarından biridir.
Hərbi xidmət yalnız fiziki deyil, eyni zamanda mənəvi məsuliyyət tələb edir. Əsgər və ya zabitin hərəkətləri təkcə onun şəxsi məsuliyyəti deyil, həm də hərbi hissənin ümumi nüfuzuna və təhlükəsizliyinə birbaşa təsir göstərir. Ona görə də, xidmət zamanı intizamın pozulması, xüsusilə də xidmət yerini özbaşına tərk etmək, ciddi nəticələrə səbəb ola bilər və bu heç bir halda yolverilən sayılmır.
Fidan
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Ekspert qayda pozub statusdan istifadə edən qazilərə çağırış etdi - Bir gün… - VİDEO
Avtomobilin rəngini dəyişmək üçün rüsum nə qədərdir? – VİDEO
Su altında qalan avtomobildə gizli təhlükə: Sürücülərə XƏBƏRDARLIQ
Avtomobilin buferini dəyişmək cəriməyə səbəb olur – QANUN NƏ DEYİR? - VİDEO












