Binəqədidə parklanma problemi: "Pul alıb, əraziyə dəmir dirək basdırır" - FOTO

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi, 4 ünvanının sakinləri qanunsuz parklanma ərazilərinin yaradılmasından şikayətçidirlər.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, onlar sözügedən ünvanda bir nəfərin 100 manat qarşılığında bu işi gördüyünü iddia edirlər.
"20 ilə yaxındır bu ərazidə yaşayırıq. Hələ belə bir şeyə əl atan olmayıb. 3-4 ildir buraya gələn bir nəfər camaatdan 100 manat alır, kim pul verirsə, onun maşınını saxlaması üçün əraziyə dəmir vurur. Söz deyəndə hər şeyin icazəsini aldığını qeyd edir. Biz bunun yalan olduğunu bilirik. Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdik, gəlib dəmir dirəyi qoyduranın özünə ikisini sökdürdülər. Lakin bu adam səhəri gün yenə digər yerlərə pul alıb, dəmir vurur".
Məsələ ilə bağlı Binəqədi rayon bələdiyyə sədri Mürsəl Eminov bildirib ki, bunu qeyd olunan ərazidə yaşayan sakinlərdən birinin etdiyi deyilir:
"Guya o şəxs sakinlərdən pul alıb, dirək basdırır. Elə həmin ərazidə basdırılan dirəklərin ikisi söküldü. Mən hazırda ərazidəyəm. Dirəklər sökülüb, bir zəncir qalıb, onu da MKİS-ə məlumat verəcəyəm, gəlib söksünlər. Ümumi olaraq vəziyyət belədir ki, Bakı şəhərində parklanma məsələsi aktual hal alıb. Sakinlər binanın qarşısında maşın saxlamağa yer tapmırlar. Metronun "Azadlıq" stansiyası ətrafındakı mağaza sahibləri avtomobillərini binaların həyətində saxlayırlar. Bizim mikrorayonda bina qarşısında maşın əlindən tərpənmək olmur. Sakinlər də istəyir ki, mağaza sahibləri maşınlarını binanın həyətində saxlamasınlar. Beş maşın birdən gəlib camaatın həyətində saxlayanda, sakin də öz maşınını qoymağa yer tapmadığı üçün başlayırlar bir-biri ilə dava etməyə. MKİS-in buna nəzarət etməsi üçün tapşırıq vermişəm. Amma biz bunun üçün başqa yol tapa bilmirik ki, necə edək? Sakin səhər baxır ki, həmişə maşın saxladığı yerə bu gün başqası maşın park edib. İnsanların öz maşınlarını saxlamaları üçün bir yer olmalıdır".
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO














