Duracağa əsassız gətirildiyini deyən sürücü ilə bağlı DYP-dən açıqlama: Etibarnaməsiz olub və... - FOTO

Yasamal rayonu ərazisində avtomobili duracağa yerləşdirilən sürücü sosial şəbəkədə videogörüntü paylaşaraq, baş verən hadisə ilə bağlı narazılığını ifadə edib. O, idarə etdiyi 77-AX-327 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin yol polisi əməkdaşları tərəfindən heç bir səbəb olmadan duracağa aparıldığını iddia edir.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb. İdarənin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli məsələ ilə əlaqədar Avtosfer.az saytının sorğusuna cavab verib. O bildirib ki, sürücü Hüseynov Fərid Cavanşir oğlunun iddiaları əsassızdır.
Araşdırma zamanı müəyyən edilib ki, yol polisi əməkdaşları sürücünü qanuni əsaslarla saxlayıb. Sürücü nəqliyyat vasitəsini idarə edərkən etibarnaməsi olmayıb. Bundan əlavə, həmin avtomobilin yol hərəkəti qaydalarının pozulmasına görə üzərində ödənilməmiş cərimə borcu olub.
R.Əhmədli qeyd edib ki, bu cür hallarda mövcud qanunvericiliyə uyğun olaraq avtomobilin duracağa yerləşdirilməsi tam qanunidir. Sürücü cərimələri ödədikdən və müvafiq sənədləri qaydasına saldıqdan sonra avtomobilini duracaqdan götürə bilər.

Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












