Əhmədlidə sürücü nasaz maşını yolun ortasında daş üstündə qoyub getdi - FOTO

Daha əvvəl də paytaxt küçələrində avtomobillərin yolun ortasında nasazlıq səbəbilə dayanmasının qəza ilə nəticələndiyinin şahidi olmuşuq. Elə bir müddət əvvəl Heydər Əliyev prospektində məcburi dayanma edən avtomobil sürücüsünün avtobus tərəfindən vurulması faktı da belə hadisələrdəndir.
Avtosfer.az xəbər verir ki, yaxın günlərdə General Əliağa Şıxlinski küçəsində sürücülər üçün çətin bir mənzərə yaşanıb. Yolun ortasında nasazlıq səbəbilə atılan 77-CM-451 nömrə nişanlı “Megan” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin təkərini məhz həmin yerdə dəyişməyə çalışıb. Bu isə digər sürücülərin ciddi narazılığına səbəb olub.
Şikayətçi bildirirlər ki, texniki nasazlıq yaranan avtomobilin dərhal yol kənarına çəkilməsi vacibdir. Əks halda, tıxac, mübahisə və hətta cərimə ilə nəticələnən hallarla üz-üzə qalmaq mümkündür. Belə ki, həmin küçədə sağa dönmək istəyən sürücülərin yolu bağlanıb və onlar məcbur qalır ki, düz xətti tapdalayaraq hərəkəti davam etdirsinlər. Bu isə qayda pozuntusu hesab olunur.
Qeyd edək ki, şəxsi problemlərini həll edərkən digər yol iştirakçılarını da nəzərə alsınlar. Çünki yolun ortasında edilən ən kiçik səhv belə, bütün yol iştirakçılarına çətin anlr yaşada bilər. Belə məsələlərdə çalışmalıyıq ki, obyektiv olaq və məsələni tərəfli düşünək.
Fidan
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












