Əks yola çıxaraq 150 manatlıq qayda pozan sürücü QƏZA ŞƏRAİTİ YARATDI - VİDEO

Paytaxtın mərkəzi küçələrinin əksəriyyətində sürücülərin pozduğu qaydalar quraşdırılan xüsusi texniki vasitə, kamera ilə qeydə alındığı üçün bu ərazilərdə qismən də olsa, yol hərəkəti qaydaları sürücülər tərəfindən gözlənilir. Lakin paytaxtətrafı, eləcə də mərkəzdən kənar ərazilərdə belə kameralar olmadığı üçün sürücülər də qaydalar mövzusunda əhli-kef davranır.
Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonunda qanunazidd ötmə əməliyyatı yerinə yetirən sürücü digər nəqliyyat vasitələri üçün də qəza şəraiti yaradıb.
Belə ki, rayonun 28 May küçəsində işıqfordan sola, yəni Balaxanı yoluna dönmək istəyən sürücüyə onun solundan ötmə əməliyyatı edərək işıqforda düzünə davam edən sürücü maneə yaradıb. 99-UL-403 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin idarəçisi əks yola çıxaraq ötmə əməliyyatı edib. Üstəlik, sürücünün yanında əyləşən sürücü qanun pozuntusunun üzrxahlığını, icazəsini istəyirmiş kimi əlində siqaret işarə də verib.
Qeyd edək ki, yol hərəkəti qaydalarını bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 150 manat və əlavə olaraq 4 balla cərimələnir.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












