İkinci əl motosikletləri qeydiyyata salmaq mümkündür? – RƏSMİ AÇIQLAMA - VİDEO

Uzun illər Azərbaycanda populyarlaşmağa çalışan motosiklet idarə etmək son 5 ildə özünün pik həddinə çata bilib. Dünyada pandemiyanın sürətli şəkildə bir sıra sahələrə nüfuzu restoranların da bazarına təsirsiz ötüşmədi. Belə bir vaxtda isə çatdırılma xidməti göstərən iaşə obyektləri pandemiyanın vurduğu zərərlərdən yan keçə bildi. Bu şəraitdə moped və motosikletlərdən istifadəni xeyli artırdı.
Avtosfer.az xəbər verir ki, kuryerlik peşəsinə yönəlmənin sürətli artımı ölkəmizdə motosikl, xüsusən moped istifadəçilərinə müsbət təsir edib. Lakin bu sürətli artım qeydiyyatsız nömrə, nəqliyyat vasitəsilə yollarda təhlükəli manevrlər edərək həm özünün, həm də hərəkətin digər iştirakçılarının həyatı ilə oynamış olur. Belə olan halda da qaydaları kobud şəkildə pozan mopedlərlə yanaşı motosiklet sürücüləri üçün problemlər yarana bilir. Bu sürücülər saytımızın sosial şəbəkə hesablarına suallar ünvanlayır və motosiklet aldıqları zaman nə etməli olduqlarını soruşurlar.
Yəni, qanunla sürəti 50 km-dən çox olan motosikletləri alandan sonra qeydiyyata salınması mümkündürmü? Hansı kateqoriyalar nəzərə alınır? Hansı normativ və standartlar belə nəqliyyat vasitələrində təmin olunmalıdır?
Mövzu ilə əlaqədar Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev sorğumuza cavab olaraq bildirib ki, “Yol Hərəkəti Haqqında” qanunun 27-ci maddəsində bu məsələ tənzimlənir:

“2023-cü ilin avqustun 1-dən etibarən mühərrik həcmi 50 kub-santimetr və daha çox, yaxud sürət həddi 50 kilometr-saatdan çox olan mopedlər qeydiyyata alınmalıdır. Mopedlərin idarəçilik hüququnun olması məhz yol hərəkatı iştirakçılarının təhlükəsizliyinə xidmət edir. Dəfələrlə edilən xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq, bəzi moped sürücüləri əlavə qazanc əldə etmək məqsədilə yol hərəkəti qaydalarını ciddi şəkildə pozurlar. Qaydalara biganə yanaşırlar. Düşünürlər ki, onlar qayda pozduqları zaman xüsusi-texniki vasitə tərəfindən qeydiyyata almaq mümkün olmayacaq. Lakin bu, belə deyil. Qayda pozan moped sürücüləri qeydə alınır və onlara qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görülür”.
Səfər
Bakı-Sumqayıt yolunda tıxac necə yaranır? - VİDEO
Piyada keçidində yol vermək üstündə mübahisə: “Sən niyə dayanmısan?” - VİDEO
Sədərək yolunda qayda pozan sürücü özündən çıxdı: Hələ qapını açıb… - VİDEO
Sürücü eyni anda 2 qayda pozdu: Sağdan gəlib qırmızıda keçdi - VİDEO
Sürücünün yola atdığı közərmiş siqaret kötüyü motosikletçinin üzərinə düşdü - VİDEO
Qırıq xətti qoyub bütöv xətdə 2 dəfə ötmə edərək təhlükə yaratdı - 90-NO-151 - VİDEO
Qırmızı işıqda hərəkət edən sürücü piyadaya təhlükə yaratdı - VİDEO
Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi - VİDEO
Səkini zəbt edən sürücülər piyadanı körpəsi ilə yola çıxmağa məcbur etdi - VİDEO
Yaxınlıqda piyada keçidi olsa da yolu təhlükəli yerdən keçdilər - VİDEO
On metr irəli getməyə səbri çatmayan sürücü 100 manatlıq qayda pozdu - VİDEO










