Nömrəsi oxunmaz halda olan avtobusla sərnişin daşınır - FOTO

Oxuculardan biri yararsız nömrə ilə fəaliyyət göstərən avtobusun şəklini çəkərək redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 18-də, paytaxtın Samir Cəfərov küçəsində qeydə alınıb.
Məlumata əsasən, hadisə 55 saylı marşrut xətti üzrə xidmət göstərən 99-LF-645 dövlət qeydiyyat nişanlı avtobusla bağlıdır. Görüntülərdən aydın olur ki, avtobusun nömrə nişanı tamamilə yararsız vəziyyətə düşüb. Xüsusilə, nömrənin üzərində ölkə kodunu göstərən "AZ" hərfləri, həmçinin digər rəqəmlər tamamilə görünməz olub.
Qanunvericiliyə əsasən, dövlət qeydiyyat nişanı hər bir nəqliyyat vasitəsi üçün zəruri hesab olunur və onun oxunaqlı vəziyyətdə olması vacibdir. Bu, nəqliyyat vasitələrinin identifikasiyasını təmin edir. Lakin qeyd olunan avtobusun nömrəsinin belə yararsız vəziyyətdə olması birbaşa qayda pozuntusu kimi qiymətləndirilir. Bu hal həm nəqliyyat vasitəsinin sahibini, həm də idarəedici şəxsin məsuliyyətsizliyi kimi başa düşülür.
Dövlət qeydiyyat nişanı oxunmaz vəziyyətdə olan nəqliyyat vasitələri hər hansı bir hadisə zamanı eyniləşdirmə prosesini çətinləşdirə bilər. Sərnişindaşıma ilə məşğul olan təşkilatlar öz məsuliyyətlərini dərk etməli və belə halların baş verməməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












