Qırmızıya məhəl qoymayan avtobus sürücüsü cərimələndi - VİDEO (YENİLƏNİB)

"Bakı şəhərində yolu işıqforun qırmızı işığında keçən sürücü cərimələnib".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.az-a Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib.

"Sərnişin avtobusu ilə yolayrıcını işıqforun qırmızı işığında keçən sürücü aşkar edilib və onun barəsində qanunamüvafiq tədbir həyata keçirilib", - deyə T.Nəsirli bildirib.
**
Bakı şəhərində sərnişin avtobusu yolayrıcını işıqforun qırmızı işığında keçib.
Avtosfer.az xəbər verir ki, sosial mediada paylaşılan görüntülərdə 10-TG-312 dövlət qeydiyyat nişanlı 185 nömrəli marşrut xətti üzrə çalışan avtobusun sürücüsü Məmmədli kəndi ərazisindən keçərkən işıqforun qırmızı işığına məhəl qoymayıb və hərəkətə davam edib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.
Sözügedən görüntünü təqdim edirik:
(oxu.az)
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












