Şəhərin mərkəzindəki küçənin bağlanmasından sui-istifadə edən sürücülər – FOTO

Son dövrlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və DYP-nin gördüyü işlərin müsbət nəticəsi kimi paytaxtda mikromobilliyin inkişafı istiqamətində müsbət nəticələrə nail olunub. Lakin bu nailiyyətlərin üzərinə bir də sürücülərin şəhərin nəqliyyat infrastrukturuna vurduğu zərərlər vətəndaşların narazılığına səbəb olur.
Avtosfer.az xəbər verir ki, Bakıda COP29 tədbiri ərəfəsində, daha dəqiq desək, oktyabrın 27-dən etibarən “Qoşa qala qapıları”nın qarşısına irəliləyən İstiqlaliyyət küçəsi, sonrasında qalanın divarları boyu irəliləyən Əziz Əliyev küçələrində avtomobillərin hərəkəti dayandırlıb. Yalnız sakinlərin həmin istiqamətdə hərəkətinə şərait yaradılıb. Lakin küçədəkə son günlərdə yaranan vəziyyət vətəndaşların narazılığına səbəb olub.

Belə ki, Səbail rayonu Əziz Əliyev küçəsində ərazidə yaşayan şəxslərdən başqa hansısa fərdi avtomobilin hərəkətinə icazə verilmədiyi halda ərazidə yaşayan sürücülər eyni zamanda bir neçə qaydanı pozur. Nəqliyyat vasitələrinin idarəçilərinin qanunazidd əməllərinin fotoları sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub.
90-YK-738 qeydiyyat nişanlı “Mitsubishi” və “Mercedes” markalı avtomobillərin idarəçiləri nəqliyyat vasitələrini velosiped zolağının üstündə parklayıb. Digər tərəfdən ara məhəllələrdə parklamaq üçün kifayət qədər yer olduğu halda, sakinlər avtomobillərini yolun hər iki tərəfində saxlamağı üstün tutublar.

Həm velosiped sürücüləri, həm də ərazidə yaşayan digər vətəndaşlar aidiyyəti qurumlar tərəfindən Əziz Əliyev küçəsindəki vəziyyətin nəzarətə götürülməsini xahiş edir.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












