Təcili yardımın arxasına düşən sürücülər özlərinə yol açdı, digərlərinə isə təhlükə yaratdı - VİDEO - YENİLƏNİB

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli tərəfindən sorğumuza cavab olaraq bildirildi ki, təcili tibbi yardım avtomobilinin arxasına düşərək qanunun tələblərini pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
***
12.02.2025 - 09:00
***
Bəzən sürücülər təcili yardım avtomobilinin üstünlüyündən sui-istifadə edərək qaydaları pozurlar.
Avtosfer.az xəbər verir ki, tıxac zamanı təcili yardım avtomobili nəqliyyat axınının arası ilə özünə yol açıb gedən zaman, digər sürücülər bu fürsətdən istifadə edərək onun arxasınca gedirlər. Onlar bunu etməklə sıxlıqdan tez çıxmağa çalışırlar. Bu isə yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.
Belə mənzərədən biri paytaxtın Moskva prospektindəki tuneldə qeydə alınıb. Təcili yardım avtomobilinin sürücüsü xüsusi səs siqnalını qoşaraq digər sürücülərdən yol istəyib. Keçib getdikdən sonra onun arxası ilə gedən sürücülərin hərəkətləri videogörüntüyə əks olunub. Belə ki, 77-EG-013 qeydiyyat nişanlı "Mercedes" markalı, 99-VV-563 qeydiyyat nişanlı "Chevrolet" markalı, 77-DX-637 qeydiyyat nişanlı "Opel" markalı avtomobillərin sürücüləri bütöv xəttin tələbini pozaraq iki zolağın arası ilə ötmə əməliyyatı həyata keçiriblər.
Sözügedən videonu təqdim edirik.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












