Təhlükəli manevr edən avtobus sürücüsü az qala maşını vuracaqdı - VİDEO

Qaydalar 21 İyul 2026 17:00
Təhlükəli manevr edən avtobus sürücüsü az qala maşını vuracaqdı    - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində kobud qayda pozan avtobus sürücüsü avtomobilin kamerasına düşüb.

Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “Instagram” səhifəsinə göndərib. Hadisə iyulun 17-də saat 17:01 radələrində qeydə alınıb.

Belə ki, 11 nömrəli marşrut xətti üzrə hərəkət edən, 90-JY-786 dövlət qeydiyyat nişanlı “BMC” markalı avtobusun sürücüsü hərəkət istiqamətini dəyişmək məqsədilə üçüncü hərəkət zolağından birbaşa ən sağdakı – avtobuslar üçün ayrılmış zolağa manevr edib. Bu zaman o, orta zolaqda hərəkət edən və görüntünü qeydə alan avtomobilin sürücüsünə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən avtomobilin sürücüsü vaxtında sağa manevr edərək təhlükənin qarşısını alıb.

Şikayətçinin sözlərinə görə, avtobus sürücüsü yolboyu avtobus zolağından istifadə etməyib, yalnız yolayrıcına yaxınlaşarkən həmin zolağa keçməyə cəhd göstərib. O bildirib ki, xəbərdarlıq üçün siqnal versə də, qayda pozan sürücü təhlükəli manevrini davam etdirib.

Nərmin

Oxunub : 384
ŞƏRH YAZ
Ad

E-mail

Şərh