Tranzit nömrəli maşın sürən sürücülər radara düşmür? - VİDEO

Bir çox sürücü hesab edir ki, tranzit nömrə ilə idarə edilən avtomobillər nə radarlara, nə də müşahidə kameralarına düşür. Onların fikrincə, bu cür avtomobillərlə törədilən yol hərəkəti qaydası pozuntularına görə inzibati cərimə tətbiq edilmir. Lakin qanunvericilik və texniki sistemlər bu fikrin doğru olmadığını göstərir.
Azərbaycan qanunvericiliyinə görə, tranzit nömrələr daimi dövlət qeydiyyat nişanı olmasa da, müvəqqəti qeydiyyat nişanı hesab olunur. Bu nişanlar avtomobilin rəsmi qeydiyyata alınana qədər istifadəsinə imkan yaratmaq məqsədilə verilir. Ən əsası isə həmin nömrələr də daimi qeydiyyat nişanları kimi mərkəzi informasiya bazasına daxil edilir.
Bu baxımdan, tranzit nömrəli avtomobillərlə törədilən qayda pozuntuları da xüsusi texniki vasitələr — radar və müşahidə kameraları tərəfindən qeydə alınır. Qanun pozuntusu aşkarlandıqda, digər avtomobillərdə olduğu kimi, sürücü barəsində elektron protokol tərtib edilir.
Yəni, tranzit nömrələrin radara düşmədiyi barədə sürücülər arasında yayılan fikir reallığı əks etdirmir.
Fərid
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












