Yük maşınını 2-ci zolaqda saxlayıb hərəkətə mane oldu – 99-JO-119 - VİDEO

Paytaxtdakı bəzi sürücülərin qaydaları gözardı edərək bir-birlərinə, eləcə də piyadalara çətinlik yaratması ilə bağlı dəfələrlə xəbərlər dərc etmişik. Lakin qeyd edilən problem sadəcə Bakıda deyil, bölgələrdə də qeydə alınır.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhəri 45-ci məhəllədəki göz klinikasının qarşısında sürücü yük maşınından düşərək ərazidən uzaqlaşıb.
Belə ki, şəhərin məşhur “14 mərtəbə” adlanan binasının yanında, Nəriman Nərimanov küçəsində 99-JO-119 qeydiyyat nişanlı “ISUZU” markalı yük avtomobilinin sürücüsü məcburi dayanma işıqlarını yandırıb və maşından düşüb. 2-ci zolaqda nəqliyyat vasitəsini saxlamaqla, həm yolun kənarında parklayan avtomobillərin parklama yerindən çıxmasına, həm də digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub.
Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat və 2 balla cərimələnir.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












