Göygöldə piyadanı vuran "Niva" dərəyə yuvarlandı: Yaralılar var - YENİLƏNİB

Göygöl rayonu Toğanalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Toğanalı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (iki kişi, bir qadın) iyulun 29-da saat 10:30-da Göygöl Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Bədənin müxtəlif nahiyələrinin küt travmaları diaqnozu təyin edilən şəxslərə zəruri tibbi yardım göstərilib. İxtisaslaşmış tibbi müayinə və müalicənin davam etdirilməsi məqsədilə hər üç pasiyent Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub. Hazırda pasiyentlər instrumental-diaqnostik müayinələrə cəlb olunublar, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az
***13:41
Göygöldə baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00-da Toğanalı kəndində baş verib.
Gəncə şəhərində yaşayan Kəlbəcər sakini, 1964-cü il təvəllüdlü Əli Bayram oğlu Dünyamılayev idarə etdiyi "Niva" markalı 99-RG-199 dövlət nömrə nişanlı avtomobillə Toğana kəndinə qonaq gələn, Beyləqan sakini, 2017-ci il təvəllüdlü piyada Nuray Rafael qızı Balaşovanı vurub. Piyadanın ciddi xəsarət almadığı bildirilir.
***
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə-Gəncə-Göygöl-Hacıkənd-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qarşısına çıxan piyadanı vuran "Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə piyada və maşında olan iki nəfər xəstəxanaya yerləşdiriliblər.
Bakıda gecə saatlarında zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Bakı-Şamaxı yolunda yük maşını aşdı - VİDEO - YENİLƏNİB
Xəzərdə ağır qəza: Avtobus dayanmış yük maşınına çırpıldı - VİDEO - YENİLƏNİB
Oğuzda ağır qəza: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Hövsanda ağır QƏZA: Ölən var - VİDEO
Pambıq tarlasına gedirdi, sükan arxasında öldü - FOTO
Şəmsi Səmədzadə ağır qəza keçirdi: Eksklüziv FOTOLAR
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi - FOTO
Hansı halda hadisə yerini tərk etmək olar? - DİN-dən İZAH - VİDEO
Ağır qəza BAŞ VERDİ: ÖLƏN VAR
Maşının arxasından qəfil əks yola çıxan sürücü qorxulu anlar yaşatdı - VİDEO










