Neftçalada avtobusla minik maşını toqquşdu: Xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan rayon sakini xəstəxanada dünyasını dəyişib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
***12:11
Neftçala rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, qəzada yaralanan iki nəfər (kişi) oktyabrın 26-da saat 22:30-da Neftçala Rayon Mərkəzi Xəstəxanasına hospilitizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 1 nəfərin vəziyyəti stabil, digərinin isə orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir./oxu.az
***11:41
Neftçala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Samid İmanov küçəsində qeydə alınıb.
Belə ki, "Khazar" markalı minik avtomobili avtobusla toqquşub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə buraxıldı?
Bakıda qadın sürücü “BMW” ilə şou göstərdi; vurub bardürə dırmaşdırdılar - VİDEO
Yevlaxda AĞIR QƏZA: İki nəfər ÖLDÜ - FOTO
Nərimanovda “Toyota” skuter sürücüsünü vurub ÖLDÜRDÜ - VİDEO
Ucarda ard-arda iki “Chevrolet” qəzaya düşdü - VİDEO
Qarşısına çıxan “KIA”dan yayınan yük maşını divara çırpıldı - ANBAAN VİDEO
İki rayonda piyadaları maşın vurub öldürdü - ANBAAN VİDEO
Qoyun daşıyan yük maşını yolun ortasına aşdı - VİDEO
Əhməd Rəcəblidə AĞIR QƏZA: Avtomobillərə ciddi ziyan dəydi - VİDEO
Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu - VİDEO
Naxçıvanda qəza: 6 nəfər xəsarət alıb - FOTO














