Dövlət bu tələbələrə pul verəcək - SİYAHI DƏQİQLƏŞDİ

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri müəyyən olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Müsabiqənin nəticələrinə əsasən, namizədlər müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıblar. Belə ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Bildirilib ki, təqaüdçülərin tam siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












