"Yolunuzu bizdən salın!" yarışının qalibləri mükafatlandırılıb - FOTO - VİDEO

Yarışma 23 İyun 2021 15:56 Oxunub 3230
"Yolunuzu bizdən salın!" yarışının qalibləri mükafatlandırılıb   - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə keçirilən onlayn yarışlarda ümumilikdə 250 uşağı əhatə edən 47 rayonun uşaq-gənclər inkişaf mərkəzləri iştirak edib. Hər dəfə 9 rayon olmaqla 5 mərhələdə keçirilən yarışlarda Oğuz, Şuşa, Ucar, Tovuz, Salyan rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları III yerə, Gəncə şəhər, Quba, Yevlax, Samux, Balakən rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları II yerə, Qusar, Şirvan, Qazax, Göygöl, Qubadlı rayon uşaq-gənclər inkişaf mərkəzlərinin komandaları I yerə layiq görülüb.

Respublika üzrə keçirilən onlayn yarışlarda I yerləri tutan, Qusar, Qubadlı, Göygöl, Qazax, Şirvan rayon və əvvəlki yarışlarda qalib olmuş Sumqayıt şəhər 1 nömrəli, Mingəçevir şəhər uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri yenidən final mərhələsində görüşüb.

Final yarışının nəticəsinə görə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin komandası I, Qazax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası II, Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası isə III yerə layiq görülüblər.

23 iyun 2021-ci il tarixində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarışın final mərhələsində I yeri tutan komandanın təqdimetmə mərasimi olub.

Təqdimatda Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik leytenantı Namidan Piriyev, əməkdaşlar polkovnik leytenant Səbri Hüseynov, polis baş leytenantı Toğrul Nəsirli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Pərvanə Muradova, Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Kamran Məmmədov, Avtosfer.az.saytının direktoru Elməddin Muradlı, Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Bakı şəhər  1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Kəmalə Abdullayeva, şöbə müdiri Fəridə Süleymanova,  Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin direktoru Əntiqə Rzayeva, müəllimlər və valideynlər iştirak edib.

Təqdimat mərasimində “Yolunuzu bizdən salın!” mövzusunda Respublika üzrə onlayn yarışın qalibi Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin komandası Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Diplom və medalları ilə təltif edilib.

Yol hərəkətinin təhlükəsizliyinə dair bilik və bacarıqların tədrisi sahəsində səmərəli və uğurlu fəaliyyətinə, bu sahədə aparılan maarifləndirmə işində Dövlət Yol Polisi ilə faydalı əməkdaşlığa və əldə olunmuş nailiyyətlərin yayılmasında fəal iştirakçılığa görə  Bakı şəhər  1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzi Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Təşəkkürnamə  və şöbə müdiri F.Süleymanova Fəxri Fərmanla təltif edilib.

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh