15 litr yancağa 200 manat ödəyən sürücü təqsirkar hesab edildi

Fransanın Tuluz şəhərinin sakininin başına maraqlı iş gəlib.
Avtosfer.az xəbər verir ki, yaşlı kişi gecə vaxtı yanacaqdoldurma məntəqəsinə gələrək 15 litr yanacaq doldurur (BİR HAŞİYƏ ÇIXAQ Kİ, BİZDƏN FƏRQLİ OLARAQ AVROPADA YDM-LƏRDƏ ÖZÜNƏXİDMƏTDİR) və kartla pulu ödəyir.
Yaşlı kişi səhər kartını yoxlayarkən hesabından 120 avro (təxminən 200 AZN) çıxdığını görüb qəzəbli halda yanacaq doldurduğu yerə qayıdır. O, hesabda xəta olduğunu iddia edərək pulunu tələb etsə də, məntəqənin müdiri onu belə demək mümkünsə borclu çıxarır. Müdir bildirir ki, 1 litr yanacağın qiyməti 7,77 avro (təxminən 13 AZN) müəyyən edilib və heç bir xəta yoxdur. Üstəgəl, YDM-in işçiləri gecə vaxtı məntəqənin girişinə dəmir baryer qoyaraq evə gediblər. Yaşlı kişi isə bu maneəni kənara çəkərək avtombilin çənini doldurub. Bu isə qanunvericiliyə görə “xüsusi mülkiyyətə müdaxilə” hesab edilir və cinayət məsuliyyəti yaradır.
Vüqar
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












