Aqil Rəhimov: “Piyadalar üçün cərimə 100 manat olmalıdır”

“Yol qəzalarının səbəbkarlarından bəlkə də 50 faizdən çoxu piyadalardır. Əlbəttə, burada sürücülərin də üzərində müəyyən vəzifələr düşür, amma piyadalar yolları həddindən artıq pis keçirlər. Onlar yerlərdə mövcud yeraltı və yerüstü piyada keçidlərindən deyil, qadağan olunmuş yerlərdən keçirlər. Xüsusilə də sürət həddi yüksək olan yollarda oranı qaçaraq keçməyə cəhd edirlər, halbuki yaxınlıqda yerüstü piyada keçidləri var…”. Bunu pravda.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aqil Rəhimov deyib. A.Rəhimov qeyd edib ki, piyadalar üçün mövcud olan cərimələr azdır: “Bildiyimiz kimi, piyadaların cəriməsi adi yollarda 20 manat, sürət həddi 80 km/saat-dan yuxarı olan yollarda isə 40 manat təşkil edir. Yəqin ki, bu onlar üçün kiçik məbləğdir ki, yenə də qaydaları pozmağa davam edirlər. Ümumiyyətlə, məktəblərdə, universitetlərdə bununla bağlı maarifləndirmə işlərinə böyük ehtiyac var, çünki piyadaların qaydalardan xəbərləri yoxdur. Məsələn, piyadaların 99 faizi hesab edir ki, yolayırıcında piyada keçidi varsa, işıqforda hansı rəngin yanmasından aslı olmayaraq, yolu keçə bilərlər. Bundan başqa piyadalar adi yollarda olan piyada keçidinə daxil olmamışdan əvvəl yola baxmalı, yaxınlaşan maşının dayana bilib-bilməyəcəyindən əmin olduqdan sonra yola keçid etməlidirlər. Amma təəssüf ki, onlar piyada keçidini görən kimi özlərini yola atırlar. Buna görə də piyadalar üçün nəzərdə tutulan cərimələrin artırılmasına ehtiyac olduğunu düşünürəm. Bu, adi yollarda piyada keçidindən keçməyən piyadalar üçün 50, sürət həddi yüksək olan yollarda isə 100 manat civarında müəyyən olunsa, bəlkə də vəziyyət düzələr”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











