Avtomobillərin daşıma xərclərində BAHALAŞMA - AÇIQLAMA

“Rusiya-Ukrayna müharibəsi bitəndən sonra daşıma xərcləri əvvəlki qiymətə qayıtsa da, Azərbaycanda bu vəziyyət nəzərə alınmayacaq”.
Bu sözləri xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərclərinin kəskin bahalaşmasına münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, avtomobillərin daşıma xərclərinin artmasının başlıca səbəbi beynəlxalq arenada yaşanan proseslərlə bağlıdır:
“Təkcə Amerikadan deyil, digər ölkələrdən gətirilən avtomobillərin də daşıma xərclərində bahalaşma müşahidə olunur. Ümumilikdə nəqliyyat və logistika sahələrinin hər birində qiymət artımı mövcuddur. Bunun başlıca səbəbi Rusiya-Ukrayna müharibəsidir. Müharibə müxtəlif istiqamətlərdən daşıma məsafəsini uzadıb, vaxt itkisinə səbəb olub və eyni zamanda təhlükə də böyükdür.
Gəmi kapitanları yüklərin daşınması üçün daha böyük məbləğ tələb edirlər. Bu baxımdan Azərbaycanda da bahalaşma yaşanır. Sözsüz ki, bu bahalaşmanın avtomobillərin qiymətinə təsiri qaçılmazdır. Yəni bir avtomobilin daşınmasında 1000 dollar xərc yaranırsa, alverçi həmin məbləği 1700 deyil, 2000-2500 dollar şəklində qiymətə əlavə edərək avtomobili baha satır. Bu isə heç də yaxşı tendensiya deyil.
Təəssüf ki, ölkəmizdə qiymətlər bahalaşandan sonra qarşıdakı dövrdə ucuzlaşması üfüqdə görünmür. Ona görə də Rusiya-Ukrayna müharibəsi bitəndən sonra daşıma xərcləri əvvəlki qiymətə qayıtsa da, Azərbaycanda bu vəziyyət nəzərə alınmayacaq”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












